AUT.AZ

“Şaxtyor” oteldən imtina etdi – Ruslara görə

Donetsk “Şaxtyor”u Türkiyə təlim-məşq toplanışı zamanı hər il qaldığı otelə üstünlük vermək istəyirmiş.

Aut.az xəbər verir ki, “şaxtaçılar”ın bu istəyi baş tutmayıb. Çünki həmin oteldə hazırda Moskvanın “Dinamo” klubu da yerləşib.

Ona görə də, Donetsk klubu başqa otel sifariş etməli olub.

Türkiyədə Ukrayna və Rusiya klublarının müxtəlif otellərdə yerləşdirilməsi praktikası var.

Bu gün məlumat yayılıb ki, eyni oteldə məskunlaşan Rusiya “Şinnik”i ilə Ukrayna “Minay”ın futbolçuları arasında dava düşüb.

Exit mobile version