AUT.AZ

Rusiya və ukraynalı futbolçular Türkiyədə belə dalaşdılar – Video

Türkiyənin Antalya şəhərində eyni oteldə məskunlaşan rusiyalı və ukraynalı futbolçular arasında dava düşüb.

Aut.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. Hadisə dünən axşam yaşanıb.

Ukraynanın “Minay” klubunun bir neçə nümayəndəsi Yaroslav təmsilçisi “Şinnik”in rəisinə yaxınlaşaraq ondan Ukrayna himnini oxumağı tələb ediblər. Rusiyalı isə öz növbəsində onlara küçəyə çıxıb məsələni təkbətək həll etməyi təklif edib. Mübahisə otel işçilərinin müdaxiləsindən sonra sakitləşdirilib.

Ancaq bir müddət sonra ukraynalı futbolçular “Şinnik”in oyunçusu ilə eyni liftdə qarşılaşıblar və onu döyüblər. Lift rusiyalıların olduğu mərtəbəyə enəndə Yaroslav klubunun digər futbolçuları da davaya qoşulub. Nəticədə otelə polis və təcili yardım maşını çağırılıb.

Tərəflər arasında münaqişə hələ də sakitləşməyib. Hazırda oteldə iki polis əməkdaşı və əlavə mühafizəçilər cəlb olunub.

Exit mobile version