AUT.AZ

“Real”ın Türkiyəyə yardım planı

Futbol ictimaiyyətinin Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardımı davam edir.

Aut.az xəbər verir ki, təbii fəlakətin qurbanlarına dəstək olmaq üçün klublar da səfərbər olub. La Liqa nəhəngi “Real” da yaşanan hadisəyə biganə qalmayaraq hərəkətə keçib. AS nəşrinin xəbərinə görə, “kral klubu” Türkiyəyə dəstək məqsədilə xeyriyyə matçı təşkil etməyi planlaşdırır.

İspaniyanın paytaxtı Madriddə keçiriləcək qarşılaşmanın hansı arenada təşkil ediləcəyilə bağlı araşdırmalar başlanıb. Xeyriyyə oyununda həm “Real”da, həm də Türkiyədə forma geyinmiş Quti Hernandez və Roberto Karlos kimi ulduzlar da iştirak etmək istəyir.

Sözügedən oyunda iştirak üçün “Atletiko”, “Rayo Valyekano” və “Xetafe” ilə danışıqlar aparılır. Qarşılaşmadan əldə olunan gəlir zəlzələdən zərər çəkənlərə göndəriləcək.

Exit mobile version