AUT.AZ

Qattuzonu o əvəzlədi

Ruben Baraxa “Valensiya”nın yeni baş məşqçisi təyin olunub.

Aut.az xəbər verir ki, məlumatı İspaniya klubunun rəsmi saytı yayıb. “Yarasalar” bir müddət öncə italiyalı Cennaro Qattuzonu istefaya göndərmişdi.

Baraxanın son iş yeri “Saraqosa” olub. O, həmçinin “Elçe”, “Rayo Valyekano”, “Sportinq Gixon” və “Tenerife”ni çalışdırıb.

Keçmiş yarımmüdafiəçi futbolçu karyerasının böyük hissəsini “Valensiya”da keçirib. O, komandada iki dəfə İspaniya çempionatının qalibi olub, ölkə kubokunu qazanıb, UEFA Kubokunu və Avropa Super Kubokunu qazanıb.

“Valensiya” La Liqada 21 turdan sonra 20 xalla 18-ci yerdədir.

Exit mobile version