AUT.AZ

Pike iddia edir ki, Şakira Messidən… – VİDEO

“Barselona”nın sabiq futbolçusu Jerard Pike “telefon kontaktında ən məşhur şəxs kimdir?” sulını cavablandırıb.

Aut.az xəbər verir ki, Pike sabiq komanda yoldaşı Messinin yox, keçmiş həyat yoldaşı Şakiranın adını çəkib. Onun fikrincə, Şakira Messidən daha məşhurdur:

“Telefon kontaktımda ən məşhur şəxs kimdir? Şakira deyərdim. O, bəlkə də indiyə qədər tanıdığım ən məşhur insandır”.

Pike və Şakira ötən ilin iyununda ayrıldıqlarını elan ediblər. “Yollarımızın ayrıldığını elan etməkdən təəssüflənirik. Bizim əsas prioritetimiz olan uşaqlarımızın rifahı naminə şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik”, – deyə birgə bəyanatda bildirilirdi.

Exit mobile version