AUT.AZ

Neymara niyə paxıllıq etməyəsən? – FOTOLAR

Bir müddət əvvəl Neymarın keçmiş sevgilisi, Bruna Biankardi sosial şəbəkələrdə gündəmə gəldi. Buna səbəb braziliyalı futbolçu ilə şəklini paylaşaraq, yenidən ona hisslərini etiraf etməsi idi.

“Ad günün mübarək, gözəl insan! Yeni yaşın gözəl olsun. Kaş ki, dostlarımla orada olaydım. Ümid edirəm Allah əlaqələrimizi qoruyacaq. Səni sevirəm. Həmişə mənə güvən” – deyə Bruna yazıb. PSJ-nin forvardı paylaşıma cavab verərək hisslərin qarşılıqlı olduğunu söyləyib. Bu o deməkdir ki, cütlük yenidən bir araya gəlib?

Braziliya mətbuatının yaydığı xəbərə görə, 31 yaşlı vinger ona xəyanət edib. Ancaq Biankardi xəyanətə göz yumaraq “sambaçı”nı bağışlayıb. Belədirsə, Neymara ancaq paxıllıq etmək olar. Çünki gözəlliyi ilə hər kəsi heyran edən xanımlar, adətən xəyanəti bağışlamırlar.

Neymar və Bruna 2020-ci ildə tanış olub. Özü də braziliyalı futbolçunun pandemiya qaydalarını kobud pozaraq təşkil etdiyi şənlikdə. Onlar münasibətlərini 1 il gizlətməyə çalışdılar. Ancaq hamı bilirdi ki, onlar arasında sevgi münasibəti var. Çünki cütlük həm İbitsada, həm də böyük Neymar ailəsi ilə Milad şənliyində bir yerdə görüntülənmişdilər.

Lakin 2022-ci ilin avqustunda Bruna və Neymar qəfildən ayrılmaq qərarına gəldilər. Cazibədar model məsələyə belə aydınlıq gətirdi:

“Mən dedi-qoduları oxumaqdan yoruldum, ona görə də sizə xəbər verirəm – bəli, indi azadam. Neymar məni aldadıb? Onunla və ailəsi ilə münasibətim yaxşıdır, müxbirlərə inanmayın”.

Lakin media tamamilə əksini söyləyirdi. Bildirilirdi ki, futbolçu Rio-de-Janeyrodaki tədbirlərdən birində Biankardini aldadıb. Ancaq qısa fasilədən sonra onlar yenidən bir araya gəliblər.

Neymarın yeni köhnə sevgilisi haqqında ümumiyyətlə nə məlumdur? Onun apreldə 29 yaşı tamam olacaq. Bruna San-Paulodandır və modelyer təhsili var. Biankardi eyni zamanda, məşhur model və bloggerdir. Onun 2,5 milyona yaxın izləyicisi var. O, alt paltarı, çimərlik geyimləri və ətir brendlərini fəal şəkildə təbliğ edir.

Həm də futbol həvəskarıdır, “Palmeyras” və PSJ azarkeşidir. Xanım model tez-tez Parisə gedir. O, PSJ-nin ev oyunlarını keçirdiyi “Park de Prins”də Lionel Messi, Marko Veratti və Anxel Di Marianın həyat yoldaşları ilə birlikdə görünür.

Göründüyü kimi, Neymar inanılmaz dərəcədə şanslıdır. Əsas odur ki, Bruna Biankardi adlı xoşbəxtliyi yenidən əldən verməsin.

Exit mobile version