AUT.AZ

“Neftçi” “Qarabağ”ın daha bir futbolçusunu hədəf aldı

“Neftçi”nin “Qarabağ”ın futbolçusu Ramil Şeydayevlə maraqlandığı barədə məlumat vermişdik. “Ağ-qaralar” “atlılar”ın daha bir futbolçusunu transfer siyahısına əlavə edib.

Aut.az-ın əldə etdiyi məlumata görə, milli komandamızın üzvü olan Filip Ozobiçin ölkə çempionu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Görünən odur ki, Ağdam təmsilçisi xorvatiyalı futbolçuya yeni sözləşmə təklif etməkdə maraqlı deyil. O, baş məşqçi Qurban Qurbanovun yeni mövsümlə bağlı planlarına daxil deyil.

Bundan xəbər tutan “Neftçi” Ozobiçə müqavilə təklif etməyə hazırlaşır. 31 yaşlı yarımmüdafiəçinin karyerasını paytaxt təmsilçisində davam etdirməyə isti yanaşır. Filip iddialı klubda çıxış etmək istəyir. Amma “Neftçi”nin ona təklif edəcəyi məbləğ “Qarabağ”da qazandığından bir xeyli aşağı olacaq.

Amma reallıq da budur ki, ona nə Azərbaycanda, nə də başqa bir ölkədə yaxşı sözləşmə təklif edəcək klub yoxdur. Yəqin ki, bunu həm futbolçu, həm də meneceri dərk edir. Ona görə də, “ağ-qaralar”dan gələn təklifi müsbət cavablandıra bilər.

Mənbənin sözlərinə görə, Filip Ozobiç eyni zamanda, Qarabağ”dan da müqavilə təklifi gözləyir. O, “atlılar”ın istənilən şərtləri ilə razılaşmağa hazırdır.

Aut.az

Exit mobile version