AUT.AZ

Mbappe bu gecə oynayacaq?

PSJ-nin futbolçusu Kilian Mbappenin zədə səbəbilə Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçiriləcək “Bayern” ilə ilk matçda meydana çıxmayacağı barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, Mbappenin zədəsi ilə bağlı yeni məlumat yayılıb. O, start heyətində meydana çıxmayacaq. “Le Parisien” klubdakı mənbəyə istinadən məlumat yayıb ki, zədəsini yeni sağaldan fransalı hücumçu hələ bütün görüş ərzində oynamağa hazır deyil.

Ancaq baş məşqçi Kristof Qaltye bütün ehtimalları nəzərə alaraq futbolçunun adını Münhen təmsilçisi ilə oyununun iştirak ərizəsinə daxil etmək qərarına gəlib.

Qeyd edək ki, bu gün keçiriləcək PSJ – “Bayern” qarşılaşması saat 00:00-da başlayacaq.

Exit mobile version