AUT.AZ

Mahir Emreli “Konyaspor”da ilk seçimini etdi

Türkiyənin “Konyaspor” klubuna keçən millimizin hücumçusu Mahir Emreli artıq ilk seçimini edib.

Aut.az xəbər verir ki, 25 yaşlı forvard yeni komandasında 19 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, Emreli Türkiyə klubuna “Dinamo”dan mövsümün sonuna kimi icarəyə götürülüb.

Hücumçunun Zaqreb klubu ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.

Exit mobile version