AUT.AZ

Kişilər üçün “sevgililər günü” hədiyyəsi

UEFA Çempionlar Liqasında 104 günlük fasiləsi rəsmən başa çatır.

Aut.az xəbər verir ki, bu gün Avropanın bir nömrəli klub turnirində pley-off mərhələsinə start veriləcək. İlk oyun günündə 1/8 finalın ilk iki görüşü baş tutacaq. Azarkeşlərin maraqla izləyəcəyi qarşılaşmalardan biri Parisdə reallaşacaq. Erkən final adlandırılan qarşılaşmada PSJ “Bayern”i qəbul edəcək.

Bu, görüş Fransa çempionu üçün heç də asan olmayacaq. Hücum xəttinin lideri Kilian Mbappenin vacib matçı buraxacağı bildirilir. Fransalı forvarddan fərqli olaraq, yüngül zədələri olan Lionel Messi ilə Neymarın “pivəçilər”ə qarşı çıxış edəcəyi gözlənilir.

Almaniya çempionunun düşərgəsində də vəziyyət heç də yaxşı deyil. Dekabrda zədələnən Maunel Noyerin mövsümü başa vuduğu əvvəlcədən məlumdur. Eyni səbəbdən uzun müddətdir yaşıl meydanlardan uzaq qalan Sadio Manenin də bu görüşdə iştirak etməyəcəyi rəsmən açıqlanıb. Bundan baqşa, Nussari Mazraui və Lukas Hernandesin də PSJ ilə oyunu buraxacağı bildirilir.

Bu komandalar 2017-ci ildən sonra ÇL-də 5 dəfə üz-üzə gəliblər. Münhen təmsilçisi 4 dəfə rəqibini məğlub etdiyi halda, 1 dəfə məğlub olub. Baş tutan görüşlərdən biri finala – 2019/2020 mövsümünün həlledici qarşılaşmasına təsadüf edib. Həmin matçda “Bayern” qələbə qazanıb – 1:0.

00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Paris. “Park De Prens” stadionu

Günün digər oyununda “Milan” “Tottenhem”i qəbul edəcək. Son zamanlar uğursuz çıxış edən komandalar üçün bu görüşlər böyük əhəmiyyət kəsb edir. Demək olar ki, hər iki komandanın italiyalı baş məşqçiləri – Stefano Pioli və Antonio Kontenin gələcək taleyi bu dueldən asılıdır.

Milandakı görüşöncəsi hər iki komandanın heyətində ciddi itkilər var. İtaliya çempionu Serjinyo Dest, İsmael Bennaser, Alessandro Florensi, Maykl Menyan və Fikayo Tomorinin xidmətindən məhrumdur. “Tottenhem”də isə İv Bissuma, Pyerr-Emil Hoybyerq, Uqo Lyoris və Rayan Sessenyon zədəli olduqları üçün bu görüşü buraxacaqlar. Komandanın liderlərindən olan Rodriqo Bentankur üçün mövsüm artıq başa çatıb.

00:00. “Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Sandro Şerer (İsveçrə)
Milan. “San Siro” stadionu

Qeyd edək ki, 1/8 final mərhələsinin “Brügge” – “Benfika” və “Borussiya” (Dortmund) – “Çelsi” oyunları fevralın 15-də, digər matçlar isə bir həftə sonra keçiriləcək.

Exit mobile version