AUT.AZ

İki ölkədə futbol: Birində, sadəcə idmandır, digərində müharibə

“Tottenhem”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalında “Milan”la oyun ərəfəsində İngiltərə və İtaliya futbolu arasındakı fərqlə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Konte “Sky Sports”a açıqlamasında İtaliyada təzyiqin daha çox olduğunu bildirib:

“Düşünürəm ki, İngiltərə və İtaliyada sizə müxtəlif təzyiqlər var. İtaliyada siz bazar ertəsindən bazar gününə kimi futboldan danışırsınız. Yola belə başlayırsınız və bu təzyiqə alışaraq inkişaf edirsiniz.

İngiltərədə elə bir atmosfer var ki, təzyiq hiss etmədən futboldan həzz alırsan. Çünki bu ölkədə futbol, sadəcə idmandır, İtaliyada isə komandalar və onların azarkeşləri arasında müharibədir, futbol”.

 

Exit mobile version