AUT.AZ

Azərbaycan çempionatında hakimlərin etirazı: oyun baş tutmadı

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turunun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan çempionatın 7-ci turuna “Murov” – “Neftçi” matçı ilə start verilib.

Çempionatın lideri “Murov” yenə qələbəyə sevinib. Komanda 3 xalı rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.

Bu gün 7-ci tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” – MOİK qarşılaşması təxirə salınıb. Buna hakimlərin oyuna çıxmaqdan imtina etməsi səbəb olub.

“Murov” hazırda 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, eyni xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Exit mobile version