AUT.AZ

Finala yarımçıq baxıb, Messini də təbrik etməyib

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike DÇ-2022-nin finalından sonra Lionel Messini qələbə münasibətilə təbrik etməyib.

Aut.az xəbər verir ki, bu barədə Pike bloqqer Con Nellisə müsahibəsində bildirib:

“Xeyr, Messini təbrik etmədim. Bəli, dəlilikdir, amma mən karyeramı bitirmişəm və futboldan, o cümlədən dünya çempionatından uzaq qalmaq istəyirəm.

Heç bir matça baxmadım, yalnız finala baxdım, amma sona qədər yox. Hər şeydən uzaq qalmağa çalışdım, bir neçə günlük tətilə getdim.

Karyeramın son bir neçə ayı çətin keçdi və həqiqətən də futboldan getməkdə qərarlı idim”.

 

Exit mobile version