AUT.AZ

Döyüldülər, başqa otelə köçürlər

“Şinnik”in baş direktoru Sergey Kulakov komandanın başqa otelə köçəcəyini bildirib.

Aut.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışından olan “Şinnik”in futbolçuları həmin oteldə məskunlaşan Ukraynanın “Minay” klubunun oyunçuları ilə dava salıblar. Kulakov “Championat.com”a açıqlamasında belə deyib:

“Şinnik” başqa otelə köçəcək. Yaxşı, bizim orada nə işimiz var? Münaqişə zonasında qalaq? Mənim fikrim münaqişənin qarşısını almaqdır. Ümid edirəm ki, düzgün qərar verilib. Oyunçularla  hər şey yaxşıdır. Hər şey nəzarət altındadır”.

 

Exit mobile version