AUT.AZ

Dalaşdılar: Get buradan, it oğlu…

“İnter”in futbolçuları Romelu Lukaku və Nikola Barella İtaliya A seriyasının 20-ci turunun “Sampdoriya” ilə oyununda (0:0) dalaşıblar.

Aut.az xəbər verir ki, hadisə matçın 38-ci dəqiqəsində baş verib. Uğursuz hücumdan sonra Barellanın əlini yelləməsi belçikalı hücumçunun xoşuna gəlməyib. Komanda yoldaşının üstünə qışqıran Lukaku barmağı ilə onu hədələyən jest göstərib: “Belə eləmə, bəsdir, əlini yellədin. Eləmə bunu. Bu yaxşı deyil, təhqiredicidir”.

Bu zaman Barella forvarda cavab qaytarıb. Lukaku isə daha kəskin formada – təhqirlə cavab verib: “Get … buradan, it oğlu, it”.

“İnter”in baş məşqçisi Simone İnzaqi futbolçularının davranışından narazı qalıb:

“Meydanda bəzən belə halar baş verir. Bu, əslində baş verməməlidir, mənim də xoşuma gəlmir belə şeyləri görmək. Lakin fasilədə bir yerdə oturmuşdular, onlar dostdurlar. Belə münqaişələri görmək istəmirəm”.

Exit mobile version