AUT.AZ

Çempionlar Liqasının oyunları İTV-də

Bu gündən etibarən UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final oyunları İTV-nin efirində yayımlanacaq.

Aut.az telekanalın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə əldə edilən razılaşma əsasında bu mərhələlərdə paralel keçirilən və CBC Sportda yayımlanmayan görüşlər İctimai Televiziyanın efirində canlı yayımda təqdim olunacaq.

Futbol həvəskarları bu gecə saat 00:00-da keçiriləcək “Milan”-“Tottenhem” qarşılaşmasını İTV-nin efirində izləyə biləcəklər.

Exit mobile version