AUT.AZ

Metronun iş rejimi dəyişdi – “Qarabağ”a görə

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən gecə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər fəaliyyət göstərəcək.

Aut.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Matçın gec başa çatacağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə müsbət cavab verilib.

Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də start götürəcək.

Exit mobile version