AUT.AZ

Azarkeşi hədələdi: “Bura düş və o sözləri…”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasında “Fiorentina” ilə matçda (1:0) azarkeşin Turin klubunun hücumçusu Moise Kin və müdafiəçi Mattia De Şiloya irad bildirməsinə kəskin reaksiya verib.

Aut.az İtaliya mətbuatına istinadla xəbər verir ki, görüşün sonunda mütəxəssis tribunaya tərəf dönüb və qışqırıb: “Susun! Bura düş və o sözləri burada təkrarla!”

Alleqri qarşılaşmadan sonra aqressiyasına belə izah verib:

“Azarkeşlərin çoxu komandaya kömək etmək istəyir. Amma aralarında elələri də var ki…

Bilirsiniz, Moise Kin, Mattia De Şilo və bəzən Leandro Paredes kimi oyunçu meydanda nə qədər iş görsə də, onların pis olduğuna qərar verənlər var. Bunlar “Yuventus”un oyunçularıdır, onlar bizim üçün önəmlidir. Futbolçuları təhqir etmək, ələ salmaq üçün stadiona gələn azarkeşlərdən xoşum gəlmir, bu, hörmətsizlikdir. Pis oynadığımız zaman bizə etiraz edin, amma vaxtından əvvəl yox”.

Aut.az

Exit mobile version