AUT.AZ

Əlac qalmayıb: Yığma klublarla oynayacaq

Rusiya yığması Braziliya klubları ilə qarşılaşa bilər.

Aut.az “Sport-Ekspress” nəşrinə istinadla xəbər verir ki, Rusiya Futbol İttifaqı martda milli komandaların oyunları zamanı Rusiya millisi ilə Braziliya çempionatının klubları arasında bir sıra yoldaşlıq görüşlərinin keçirilməsi variantını nəzərdən keçirir.

“Korintians” Rusiya yığmasının rəqiblərindən biri ola bilər.

Eyni zamanda, təkcə əsas komandanın deyil, gənclərdən ibarət komandalardan birinin də turnirdə iştirak imkanları nəzərdən keçirilir.

RFİ bu məlumatı təsdiqləyib: “RFİ martda milli komandaların oyunlarının təşkili ilə bağlı bir sıra federasiyalarla danışıqlar aparır. Braziliyanın aparıcı klubları ilə oynamaq variantı da nəzərdən keçirilir”.

Aut.az

Exit mobile version