AUT.AZ

Ukraynalını rus adlandıran şərhçi üzr istədi, amma…

“Marsel”in ukraynalı futbolçusu Ruslan Malinovski televiziyada onu rus adlandıran şərhçidən üzr gözləyir.

Aut.az xəbər vermişdi ki, “Marsel”in “Klermont”a qarşı oyununda şərhçi Malinovskini rus adlandırmışdı. Ukraynalı cərimə zərbəsini vurmağa gedərkən, şərhçi “rus vuracaq” demişdi. Zərbədən sonra isə “top az qala Moskvaya uçdu” ifadəsini işlətmişdi.

Şərhçinin belə deməsi Malinovskinin həyat yoldaşını da qəzəbləndirmişdi.

Malinovski həmin oyunda şərhçilik edən Fil Şouenə “tvitter”də  “Problem nədir?” yazıb.

Jurnalist belə cavab verib: “Ruslan, ifadəmə görə səmimi qəlbdən üzr istəyirəm. Mən çox vaxt sizi ukraynalı kimi təqdim edirdim. Ancaq cərimə zərbənizdən sonra Moskva haqqında dedim. Səhv üçün üzr istəyirəm”.

Malinovski ona belə cavab verib: “Lənət olsun, televiziyada səhv etdiyiniz üçün mən “tvitter”də yox, növbəti canlı yayımda üzr eşitmək istərdim”.

Exit mobile version