AUT.AZ

Türkiyə millisinin basketbolçusu zəlzələnin qurbanı oldu

Türkiyədə baş verən zəlzələ daha bir idmançının ölümünə səbəb olub.

Aut.az xəbər verir ki, ölkənin 3×3 basketbol yığmasının üzvü Nilay Aydoğanın cəsədi dağıntılar altından çıxarılıb.

Məlumatı Türkiyə Basketbol Federasiyası yayıb.

N.Aydoğan son olaraq “Çankaya Universiteti” komandasında çıxış edib. O, Malatyaya nənəsini ziyarət etmək üçün gedib və zəlzələ nəticəsində onların olduğu ev dağılıb.

Exit mobile version