AUT.AZ

“Turan Tovuz” bilet satışından əldə olunan gəlirin məbləğini açıqladı

Aut.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, satışa 2350 bilet çıxarılıbmış. Bilet satışından 7000 AZN vəsait əldə olunub. Həmin vəsait zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə yardım məqsədi ilə AFAD-ın hesabına köçürülüb.

Xatırladaq ki, “Turan Tovuz” hələ öncədən qərb derbisinə bilet satışından əldə olunacaq vəsaitin Türkiyəyə yardım kimi göndəriləcəyini açıqlamışdı.

Exit mobile version