AUT.AZ

“Sabah” “Qarabağ”a elə “ilişdi” ki… – Video

Premyer Liqanın 22-ci turunda çempionluğa iddialı iki komanda – “Qarabağ” və “Sabah” Suraxanıda üzə-üzə gəldi.

Hesabat turunun mərkəzi qarşılaşmasında qalib müəyyənləşmədi.

“Qarabağ”la “Sabah” hərəyə bir qol vurmaqla heç-heçəni şərtləndirdi.

Ağdam təmsilçisi ilk hissədə Musa Qurbanlının vurduğu qolla hesabı açdı. Qarşılaşmada əsas hadisələr ikinci hissədə qeydə alındı.

Əsas müzakirə mövzusu “köhlən atlılar”In ardıcıl ikinci matçda “tələbələr”i məğlub edə bilməməsi deyildi. Murad Musayevin oynatdığı mükəmməl futbol da prioritet olmamışdı.

Diqqət nöqtəsində Elçin Məsiyev və VAR-a baxan hakimlər idi. Oyunun gedişində “Sabah”la “Qarabağ”ın qapısına təyin olunmalı olan penaltiləri “yeyən” referi bununla da qınaq obyektinə çevrildi.

Xüsusən “köhlən atlar”ın cərimə meydançasında Kristian Da Silvanın zərbəsindən sonra topun Julio Romaonun əlinə dəyməsi bütün rakurslardan aşkar görünürdü.

Di gəl, baş hakim braziliyalı yarımmüdafiəçini cəzalandırmağa cəsarət etmədi. VAR kamerası önündə bir neçə dəqiqə ayaq saxlayan Elçin qayda pozuntusunu qeydə almadı

Hakimin bu cür mövqe sərgilməsi “Sabah”ı sarkazma əl atmağa məcbur edib.

Belə ki, klubun sosial media hesablarına nəzarət edən əməkdaşları həmin anın görüntüsünü yerləşdirərək, “deyəsən, bu gün “Azersun Arena”da hava çox dumanlı idi” sözlərini yazıb.

   
Exit mobile version