AUT.AZ

Qurban Qurbanov hansı məşhur biznesmen dostunu futbola gətirib?

“Turan Tovuz”u himayəsinə götürən Ehtiram Quliyevlə bağlı maraqlı fakt üzə çıxıb.

Aut.az xəbər verir ki, Premyer Liqanın debütantı ilə 4,5 illik sponsorluq müqaviləsi imzalayan “Hünər Qrup”un təsisçisi və direktoru “Qarabağ” azarkeşi imiş. Şirkət sahibi Azərbaycan çempionunun avrokuboklarda keçirdiyi matçları izləmək üçün dəfələrlə müxtəlif xarici ölkələrə yollanıb.

O, bu komandanın baş məşqçisi Qurban Qurbanovla illərdir dostluq edir. Cütlük tez-tez bir araya gəlir, çay və yemək masası arxasında futbola dair müzakirələr aparır. Biznesmendə futbola marağı da “atlılar”ın çalışdırıcısı yaradıb. Quliyev “Turan”la sponsorluq anlaşmasından öncə ondan bu konteksdə məsləhət alıb.

Exit mobile version