AUT.AZ

Milli komandada yeni baş məşqçi

Qana millisinin yeni baş məşqçisi bəlli oldu. Bu post Kris Huytona tapşırıldı.

Aut.az xəbər verir ki, Dünya Çempionatındakı uğursuz çıxışdan sonra Otto Addo istefa vermişdi. Qətərdə 3 xalla qrupunda sonuncu yeri tutan Qana millisi bu üzdən 2,5 ay başsız qaldı.

Yeni məşqçi ilə müqavilənin müddəti açıqlanmır. 64 yaşlı irlandiyalı 2021-ci ilin sentyabrından işsiz idi. O, son olaraq “Nottingem Forest”i çalışdırmışdı. “Tottenhem”də və İrlandiya yığmasında köməkçi-məşqçi olan Huyton “Nyukasl” , “Birmingem”, “Norviç” və “Brayton”da iş təcrübəsinə malikdir.

Exit mobile version