AUT.AZ

Məşhur futbolçu gey olduğunu etiraf etdi

Müqavilə ilə “Xetafe”yə məxsus olan, icarə əsasında Praqa “Sparta”sında çıxış edən çexiyalı yarımmüdafiəçisi Yakub Yankto qeyri-ənənəvi cinsi oriyentasiyasını açıq şəkildə etiraf edib.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Goal” yayıb.

“Mən homoseksualam və daha bunu gizlətmək istəmirəm”, – deyə Yankto bildirib.

Praqa klubu futbolçusunun hərəkətinə reaksiya verib və onu dəstəkləyən bəyanat yayıb:

“Son vaxtlar Yakub Jankto klub rəhbərliyi, məşqçi və komanda yoldaşları ilə cinsi oriyentasiyası barədə açıq danışır. Qalan hər şey onun şəxsi həyatına aiddir. Ona heç bir sualımız yoxdur və dəstəyimizi ifadə edirik”.

Yankto 2017-ci ildən Çexiya millisinin şərəfini qoruyur. Bu müddət ərzində o, komandanın heyətində 45 oyun keçirib və 4 qol vurub.

 

Exit mobile version