AUT.AZ

“Konyaspor” Mahirlə anlaşıb, amma açıqlamır – Səbəbi?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Türkiyə “Konyaspor”una transferinin detalları bəlli olub.

Aut.az xəbər verir ki, Superliqa təmsilçisi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından icarəyə götürdüyü 26 yaşlı hücumçu ilə münasibətlərini rəsmiləşdirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddia edilir ki, forvardla cari mövsümün sonunadək müqavilə imzalayan Konya klubu ölkədəki zəlzələ ilə əlaqədar keçidi sosial şəbəkə hesablarından açıqlamayacaq. Həmçinin bildirilib ki, “Konyaspor” futbolçunu yalnız Türkiyədəki çıxışı uğurlu olacağı halda, yayda birdəfəlik transfer edəcək.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə 2026-cı ilin iyununa kimi müqaviləsi var.

Exit mobile version