AUT.AZ

Emre karyerasını bitirdi

“Qalatasaray”ın sabiq futbolçusu Emre Çolak karyerasını bitirib.

Aut.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlmat yayıb. O, postunda bunları yazıb:

“Futbolu bitirdim. Üstümdə əməyi olan hər kəsin əllərindən öpürəm. Allah sizdən razı olsun. Bu gündən sonra ailəmin xoşbəxtliyi üçün yaşayacam. Ölüm var, sevdiklərinizlə vaxt keçirin”.

Son ünvanı İspaniyada “İntersiti” olan Emre “Qalatasaray”, “Başakşəhər”, “Karagümrük” kimi klublarda forma geyinib. O, Türkiyə yığmasında 4 oyuna çıxıb.

Exit mobile version