AUT.AZ

Daha bir rekordu qırdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada 250-ci matçına çıxıb.

Aut.az xəbər verir ki, o, bu saya ötən gün yerli çempionatın 23-cü turunda evdə “Aston Villa”nı 3:1 hesabı ilə məğlub etdikləri matçda çatıb. Bu, Qvardiolanın Premyer Liqada 184-cü qələbəsi kimi tarixə düşüb. Belə nəticə isə rekord deməkdir. Pep Premyer Liqada ilk 250 matçında 184 qələbə qazanmağı bacaran ilk məşqçidir.

Əvvəlki rekord isə “Liverpul”un çalışdırıcısı Yurgen Kloppa məxsus idi. O, ilk 250 oyununda 160 dəfə qalib gəlib.

Ümumilikdə isə Qvardiolanın qələbə göstəricisi 73,6 faizdir. Bu, Premyer Liqanın hazırkı məşqçiləri arasında da ən yaxşı nəticədir.

Exit mobile version