AUT.AZ

Bu qola görə üzr istədi

İngiltərə Premyer Liqasının baş hakimi Hovard Uebb “Arsenal” və “Brayton”dan üzr istəyib.

Publika.az xəbər verir ki, buna səbəb Premyer Liqanın son turuna təsadüf edən qarşılaşmada yaşanan hakim səhvi olub. Matçın VAR hakimi “Brayton”un hücumu zamanı ofsayd xəttini çəkməyi unutduğuna görə qol səhvən qeydə alınıb. Bu da matçın nəticəsinə təsir edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

“Sky Sports”un məlumatına görə, “Brayton” matçındakı qalmaqalla əlaqədar olaraq, bu gün və çərşənbə günü baş tutacaq “Liverpul” – “Everton”, “Mançester Siti” – “Arsenal” oyunlarında VAR hakimi dəyişdirilib. Braytonun qolunu səhvən ləğv edən Con Bruksun yerinə bu matçlara Andre Marriner və David Koot təyinat alıb.

Bundan başqa, Hovard Uebb, həmçinin problemləri müzakirə etmək üçün VAR-da işləyən hakimlərlə təcili iclas keçirəcək.

Exit mobile version