AUT.AZ

Azərbaycan yığmasının sabiq üzvü Türkiyə klubundan ayrıldı

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Emre Kaplan çıxış etdiyi “Adanaspor” klubundan ayrılıb.

Aut.az xəbər verir ki, cinah müdafiəçisi bu barədə instaqram hesabında paylaşım edib. O, “Adanaspor”un I liqada mövsümün qalan hissəsində iştirakdan imtina etdiyi üçün bu qərarı verdiyini bildirib.

Müqavilə ilə “Başakşəhər”ə məxsus olan Kaplan ötən ilin yayından “Adanaspor”da idi. O, bu komanda ilə bu sezon 23 oyunda iştirak edib.

Exit mobile version