AUT.AZ

And içir ki, sevgilisini döyməyib

“Soçi”nin futbolçusu Kristian Noboa sevgilisini döyməkdə ittiham olunur.

Aut.az xəbər verir ki, futbolçunun sevgilisi Keviam Kaso döyülməsi barədə daha əvvəl “İnstaqram”da məlumat vermişdi. Onun Noboa ilə münasibətləri 2020-ci ildə yaranıb.

“Soçi”nin  yarımmüdafiəçisi mətbuata açıqlamasında belə deyib:

“O, sərxoş və qəzəbli idi. O gecə mən onun yanında deyildim. Dubayda başqa bir oteldə idim. Mən heç kəsi aldatmamışam və heç kəsi döyməmişəm.

Hamı bilir ki, mən o cür insan deyiləm. İnsanlarla həmişə mehribanam. Bu, çox çətin vəziyyətdir, heç kimin belə duruma düşməsini istəməzdim”.

Exit mobile version