AUT.AZ

Müşavir Neymarla dalaşdı

PSJ-nin braziliyalı ulduzu Neymar ilə klubun futbol müşaviri Luis Kampos paltardəyişmə otağında mübahisə edib.

Aut.az xəbər verir ki, hadisə fevralın 11-i axşam saatlarında – Liqa 1-də “Monako”ya məğlubiyyətdən (1:3) sonra baş verib. Neymar və klub rəsmisi portuqal dilində yüksək səs tonu ilə danışıblar. Daha sonra mübahisə böyüyüb və davaya komandanın kapitanı Markinyos da qoşulub. Luis Kampos komanda liderlərinin oyunundan narazı qalıb və bunu Neymarla mübahisədə dilə gətirib.

Qeyd edək ki, PSJ “Monako”dan əvvəl əzəli rəqibi “Marsel”ə məğlub olub. Həmin oyun ölkə kubokunun 1/8 final mərhələsinə təsadüf edib.

Exit mobile version