AUT.AZ

“Oynamırıq” deyən klublarla bağlı qərar verildi

Türkiyə Futbol Federasiyası (TFF) çempionatda iştirakını dayandıran klublarla bağlı qərar verib.

Aut.az xəbər verir ki, Super Liqadan “Qaziantep”, “Hatayspor” I Liqadan “Adanaspor”, “Yeni Malatyaspor”, II Liqadan “Diyarbakırspor”, “Adıyaman”, III Liqadan isə “Niyde Anadolu və “Malatya Arguvanspor”un aqibəti bəlli olub.

Çempionatlarda çıxışlarını dayandıran bütün komandalara mövsümün qalan matçlarında texniki məğlubiyyət (o:3) veriləcək. Lakin həmin klublar növbəti mövsümdə də hazırda yer aldıqları liqada mübarizə aparacaqlar. TFF klublara çempionatın növbəti hissəsi üçün edilməli olan bütün ödənişləri etməyə davam edəcək.

Qeyd edək ki, Türkiyənin 10 şəhərində baş vermiş zəlzələ nəticəsində 23 mindən çox insan həlak olub. Çempionatlarda iştirakını dayandıran klublar məhz həmin bölgələri təmsil edir.

Exit mobile version