AUT.AZ

“Real” 99-a çatdı, “Barsa”nı…

“Real” klublararası dünya çempionatının qalibi olub.

Aut.az xəbər verir ki, “kral klubu” finalda final matçında Səudiyyə Ərəbistanının “Əl-Hilal”ını 5:3 hesabı ilə məğlub edib.

“Real” bu qələbədən sonra tarixi ərzində 99-cü kubokunu qazanıb. Bu göstəriciyə görə, “Kral klubu” 98 titul sahibi olan (76 milli, 22 beynəlxalq) “Barselona”dan üstündür.

“Real” heyətində Vinisius Junior və Federiko Valverde dubl edib,  Kərim Benzema da bir qol vurub.

Xatırladaq ki, İspaniya çempionatında aktivinə 45 xal yazan “Real” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Barselona”dan 8 xal geri qalır.

 

Exit mobile version