AUT.AZ

Qovmasalar, getməyəcək

Karlo Ançelotti “Real”dakı gələcəyindən danışıb.

Aut.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi klublararası dünya çempionluğunu qazandıqdan sonra fikirlərini bölüşüb.

“Onlar məni qovmayana qədər getməyəcəm”, – Ançelotti deyib.

63 yaşlı italiyalının “Real”la 2024-cü ilin iyununa qədər müqaviləsi var. Ançelottinin Braziliya millisinə rəhbərlik edə biləcəyi bildirilirdi.

“Real”  La Liqa 20 matçdan sonra “Barselona”dan 8 xal geri qalaraq 2-ci yerdədir.

Exit mobile version