AUT.AZ

Mahir bu gün Türkiyəyə gedir – Müqavilənin ŞƏRTLƏRİ

Azərbaycan millisinin və “Dinamo”nun (Zaqreb) futbolçusu Mahir Emreli Türkiyə Super Liqasında oynayacaq.

Aut.az xəbər verir ki, o, artıq bu gün qardaş ölkəyə yollanacaq.

26 yaşlı hücumçunu Konya şəhərində gözləyirlər. O, icarə əsasında “Konyaspor”un formasını geyinəcək. İkin müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

Emreli 2022-ci ilin fevralında “Legiya“dan keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Xorvatiyalı jurnalist İzak Ante Susiçin yazdığına görə, hücumçunun, satınalma imkanı verən icarə müqaviləsi əsasında Türkiyəyə köçməsi razılaşdırılıb.

Yığmamızın üzvü “Konyaspor”da aylıq 20 min dollar əməkhaqqı alacaq.

Exit mobile version