AUT.AZ

İndi bu formaya yiyə duran yoxdur

Yarımmüdafiəçilər Qavi və Pedrinin, eləcə də, hücumçu Robert Levandovskinin formaları “Barselona”da ən çox satılan formalardır.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, əvvəllər Lionel Messiyə məxsus olan, indi isə Ansu Fatinin daşıdığı 10 nömrəli forma satışa çıxarılan formalar arasında ilk 6-lıqda belə, yoxdur.

2008-2021-ci illərdə 10 nömrənin sahibi olan Messinin formaları “Barselona”nın bütün satış rekordlarını qırıb.

Exit mobile version