AUT.AZ

“Gent”lə oyunda stadion boş qalacaq?

“Qarabağ” sevərlərin 3 aydan çox çəkən avrokubok həsrəti 4 gün sonra başa çatacaq.

Azərbaycan Premyer Liqasının lideri yeni həftənin 4-cü günü Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında “Gent”i qəbul edəcək.

Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək matçın biletləri iki gündü satışa çıxarılıb.

Maraqlıdır, qarşılmaya maraq necədir?

Sualımıza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlamasında ilk 2 gündə 20 mindən çox biletin satıldığını bildirib.

Oyun gününə hələ 4 gün qaldığını nəzər alsaq, deməli, Belçika təmsilçisi ilə oyunda dolu tribunalar “köhnəl atlar”ı salamlayacaq. Qonaqları isə futbol məbədimizdə əsl cəhənnəm gözləyir.

“Qarabağ” – “Gent” qarşıdurması 16 fevral tarixində, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Cavab görüşü isə bir həftə sonra Belçikada olacaq. (Sportinfo)

Exit mobile version