AUT.AZ

Düz stadionun ağzında etiraz: “Ya mübarizə apar, ya da öl”

“Valensiya” azarkeşləri klubun sahibi, “Meriton Holdinq”in sahibi olan sinqapurlu milyarder Peter Limə qarşı çıxmaqda davam edirlər.

Aut.az xəbər verir ki, fevralın 11-də “Atletik” Bilbao ilə ev oyunu zamanı minlərlə azarkeş stadionun qarşısında etiraz aksiyası keçirib.

Azarkeşlər “Ya mübarizə apar, ya da öl” şüarı altında stadionunun düz girişində etiraz ediblər. Matçın başlamasına bir saat qalmış gələn və oyunun 19-cu dəqiqəsinə qədər stadiona girməyən (1919-cu il – Valensiyanın yarandığı il) minlərlə “Valensiya” fanatı klub rəhbərliyindən və səhmlərin əksəriyyətinə sahib olan “Meriton Holdinq”dən narazılıqlarını bildiriblər.

Aksiyada 15 minə yaxın “Valensiya” azarkeşinin iştirak etdiyi bildirilir.

İspaniya çempionatının 21-ci turunda “Valensiya” “Atletik”ə 1:2 hesabı ilə uduzub. Komanda La Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Exit mobile version