AUT.AZ

Başa düşə bilmir: Niyə bazar  bağlanandan sonra?

BILBAO, SPAIN - JANUARY 20: Ansu Fati of FC Barcelona during the Spanish Copa del Rey match between Athletic de Bilbao v FC Barcelona at the Estadio San Mames on January 20, 2022 in Bilbao Spain (Photo by David S. Bustamante/Soccrates/Getty Images)

“Barselona”nın futbolçusu Ansu Fatinin satılacağı ilə bağlı iddialar var.

Aut.az xəbər verir ki, “Barsa”nın baş məşqçisi Xavi bu məsələyə münasibət bildirib. O,  “Mundo Deportivo”ya açıqlamasında belə deyib:

“Fati satılmır. Başa düşə bilmirəm ki, niyə transfer pəncərəsi  bağlanandan sonra Ansunun satılması haqda danışırıq? O, bizim üçün fundamental oyunçudur, ona qeyri-adi dərəcədə güvənir və böyük ümid bəsləyirəm.

O, bu günün və gələcəyin oyunçusudur. Ona deyirəm ki, səndən çox şey gözləyirik. Hər kəsə, xüsusən də Ansuya çox güvənirəm. O, səbirli olmalı və yavaş-yavaş inkişaf etməlidir”.

Mətbuatda bildirilirdi ki, bir neçə klub Fatinin agenti ilə əlaqə saxlayıb. 20 yaşlı hücumçu bu mövsüm La Liqada 20 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Exit mobile version