AUT.AZ

Abramoviç Braziliyada klub alır? – Rəsmi açıqlama

Roman Abramoviçin Braziliyada klub almağı planlaşdırdığı ilə bağlı məlumat yayılıb.

Aut.az xəbər verir ki, rusiyalı milyarderin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verib:

“Abromoviçin Braziliyada klub almaq istədiyi ilə bağlı yayılan məlumat həqiqətəuyğun deyil”.

Qeyd edək ki, Braziliyanın “Fanaticos” portalı yazıb ki, Abramoviç Avropa komandalarına sərmayə qoyuluşu ilə bağlı problemlərə görə Braziliya klublarını almaqda maraqlıdır.  Milyarderin siyahısında “Atletiko Mineyro”, “San Paulo” və “Londrina” kimi klubların olduğu bildirilir.

Abramoviç 2003-2022-ci illərdə İngiltərə “Çelsi”sinin sahibi olub.

Exit mobile version