AUT.AZ

Ərini rus adlandıran şərhçiyə elə əsəbiləşdi ki…

Fransa “Marsel”inin ukraynalı yarımmüdafiəçi Ruslan Malinovskinin həyat yoldaşı Roksana “Klermont”la oyunda “beIN Sports” kanalında  yarımmüdafiəçini rus adlandıran amerikalı şərhçilərin səhvinə sərt reaksiya verib.

Aut.az xəbər verir ki, qarşılaşmanın 36-cı dəqiqəsində “Klermont”un qapısına cərimə zərbəsi təyin olundu, ukraynalı topa yaxınlaşdı. Jurnalist bu epizodu şərh edərkən deyib: “Rus vuracaq”.

Malinovskinin topu qapının üstündən vurmasından sonra şərhçi əlavə “top az qala Moskvaya uçacaqdı” deyib.

Roksana sosial şəbəkədə belə yazıb:

“Rus? Belə səriştəsiz adamlar matçları şərh etməməlidir. Biabırçılıqdır”.

Xatırladaq ki, bu yaxınlarda Malinovski “Marsel” – “Monako” matçından sonra rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovinlə qucaqlaşaraq qalmaqala səbəb olub. Bu hərəkətinə görə ukraynalı bir çox həmyerliləri tərəfindən tənqid olunub, bundan sonra üzr istəyib.

 

Exit mobile version