AUT.AZ

Yerlibazlıq etdi: O, Makelele+Lemparda bərabərdir

“Çelsi”nin sabiq futbolçusu Ernan Krespo qış transfer pəncərəsində “aristokratlar”a qoşulan həmyerlisi Entso Fernandes haqda fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, sabiq hücumçu “Daily Mail”a verdiyi açıqlamada həmyerlisini göylərə qaldırıb. O, Entsonu “Çelsi”nin əfsanəvi yarımmüdafiəçiləri Klod Makelele və Frenk Lempardla müqayisə edib:

“O, Makelele+Lemparddır. Ondan Makelele mövqeyində istifadə etsəniz, çox yaxşı oynayacaq. Onun həm də qol vurmaq instinkti var, cərimə meydançasından kənardan yaxşı zərbəsi var, ona görə də Lempard kimi, hücumçunun arxasında oynamasını istəyirsənsə, bunu da edə bilər.

Bir məşqçi kimi deyə bilərəm ki, müasir futbolda bir çox mövqelərdə oynaya bilən futbolçunun olması, həqiqətən vacibdir. Yarımmüdafiəçi kimi hər şeyə qadirdir. Entso dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri ola bilər”.

Exit mobile version