AUT.AZ

UEFA Türkiyədəki zəlzələ ilə bağlı qərar verdi: Bütün Avropada…

Avropa futbolunda cari həftənin bütün oyunları Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

Aut.az xəbər verir ki, bu barədə məlumat UEFA rəsmi saytında yayılıb.

UEFA və UEFA Uşaq Fondu da Türkiyə Futbol Federasiyasına və zəlzələdən zərərçəkənlərə yardımla məşğul olan iki qeyri-hökumət təşkilatına 200 min avro yardım edib.

Təşkilat cari mövsümün İstanbulda keçiriləcək Çempionlar Liqasının finalına qədər zərərçəkənlərə yardım üçün əlavə vəsaitin toplanması imkanlarını öyrənir.

Exit mobile version