AUT.AZ

Ruslar dünya ulduzlarını Moskvaya yığırlar – Qalmaqal olacaq?

“Barselona”nın sabiq futbolçusu və keçmiş idman direktoru Erik Abidal Moskvada keçirilən “Əfsanələr kuboku”nda iştirak edəcək.

Aut.az xəbər verir ki, Abidal “Cahmpionat.com”a açıqlamasında Moskvaya gələcəyini təsdiqləyib:

“İlk növbədə yaxşı vaxt keçirəcəyimi gözləyirəm. Keçmiş dostlarla görüşmək həmişə xoşdur. Təqaüdə çıxmağımıza baxmayaraq, rəqabət ruhunu qoruyub saxlayırıq. Bu şəhərə qayıtmaq, dostlarla görüşmək də xoş olacaq. Təbəssümlə oynayacağam.

İndi mənim futbol oynamaq, bu turniri gözləyən azarkeşlərlə ünsiyyət qurmaq şansım var, onların bizimlə görüşməsi gözəl fürsət və xoşbəxt andır. Xüsusilə uşaqlar üçün.

Turnir yaxşı təşkil olunub, heç bir problem olacağını düşünmürəm. Hər halda, ümid edirəm ki, uşaqlar və bütün azarkeşlər üçün bizim, əcnəbilərin gəlişi dəstək və arxayınlıq olacaq. Siyasi problem olmayanda hər şey normala dönəcək”.

“Əfsanələr kuboku” 15-ci dəfə keçiriləcək. Turnir bu dəfə  11-12 fevral 2023-cü il tarixlərində Moskvada “Meqasport” idman sarayında 6 komandanın iştirakı ilə keçiriləcək. Turnirdə bu komandaların iştirakı planlaşdırılır:

“Rusiya əfsanələri”, “MDB ölkələrinin əfsanələri”, “Avropa əfsanələri”, “Afrika əfsanələri”, “Latın ölkələrinin əfsanələri” və “Ulduzlar komandası”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkənin idmançıları bütün turnirlərdən kənarlaşdırılıb. Böyük ehtimalla, dünya futbolunun əfsanələrinin Moskvaya gəlməsi söz-söhbətə səbəbə olacaq. Ona görə də, ruslar turnirdən kimlərin iştirak edəcəyini tam açıqlamırlar.

Exit mobile version