AUT.AZ

Rusiyadan “Antalyaspor”a

“Antalyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Lokomotiv” (Moskva) klubunun müdafiəçisi Mark Mampassini heyətinə cəlb edib.

Ukraynada dünyaya göz açmış, Rusiya vətəndaşlığına da malik olan 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Mampassi Donetsk “Şaxtyor”unun yetirməsidir. Mərkəz müdafiəçisi bu klubda olarkən “Mariupol”da icarədə də oynayıb. O, 2021-ci ildən oynadığı “Lokomotiv”də 21 oyun keçirib. Mampassi Ukraynanın U-17 və U-19 yığmalarında da oynayıb.

Antalya klubu yarımmüdafiəçisi Soner Aydoğdu ilə də yollarını ayırıb. 32 yşalı futbolçu “Samsunspor”a transfer olunub. Türkiyə millisinin sabiq üzvü yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi anlaşıb. O, 2022-ci ilin yayında “Başakşəhər”dən Antalya təmsilçisinə keçmişdi. Təcrübəli yarımmüdafiəçi bu komandada 16 oyuna çıxıb, 1 qol vurub.

Exit mobile version