AUT.AZ

“Real”a xəyanət edir- Ürəyində bu komandaya sevgi gəzdirir

“Real”ın baş məşqçisi Karlo Ançelottinin gələcəkdə hansı klubu çalışdırmaq istədiyi məlum olub.

Aut.az xəbər verir ki, bu barədə “Calciomercato”ya açıqlamasında  vaxtilə “Milan”da Ançelotti ilə birlikdə çalışmış Corco Çaskini məlumat verib. O, 63 yaşlı Ançelottinin xəyallarının komandasının İtaliyada olduğunu deyib:

“Ançelottinin arzusu “Roma”nın baş məşqçisi olmaqdır. Söhbətlərimiz zamanı dəfələrlə bu komandadan danışıb. Karlo ürəyində “Roma” sevgisi gəzdirir. Mən onu “Romada” təsəvvür edə bilərəm”.

Xatırladaq ki, bundan əvvəl Ançelottinin Braziliya millisinə rəhbərlik edəcəyi barədə məlumat yayılmışdı. Daha sonra Braziliya Futbol Konfederasiyası (CBF) bunu təkzib edib. Onun “Real”la müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Exit mobile version