AUT.AZ

Qonşularını bezdirib – Mer deyir ki…

PSJ-nin hücumçusu Neymar tez-tez keçirdiyi ziyafətlərlə qonşularını bezdirib.

Aut.az “Le Parisien”ə istinadla xəbər verir ki, braziliyalı Parisətrafı Bujivalda yaşayır və müntəzəm olaraq müxtəlif şənliklər təşkil edir.

Ötən bazar Neymar 31 yaşını malikanəsində yüksək səsli musiqi ilə qeyd etdiyinə görə, bəzi qonşular sosial şəbəkədə şəxsi söhbətdə braziliyalının məclislərini müzakirə ediblər.

Bujival sakinləri Neymarın musiqisini kəsmək üçün polis çağırsalar da, problem həll olunmayıb.

Bujival şəhərinin meri Luc Vattel Neymarın villasının yaxınlığında yaşayır və futbolçunu qonşularına qarşı “hörmətsiz insan” kimi xarakterizə edir. Vattel braziliyalının gecə məclislərini belə təsvir edib:

“Bu, sadəcə fon səs-küyü deyil, inanılmaz dərəcədə bezdiricidir”.

Vattel Liqa 1-də qələbədən sonra braziliyalının evində səhər saat 5-ə qədər davam edən gecəni xatırladıb:

“Onu cərimələyə bilərdik, amma maaşını nəzərə alsaq, 135 avroluq cəriməni vecinə almayan adamla nə edə bilərik?”

Bujival şəhərinin meri dövlət ittihamçısına “təkrarlanan iğtişaşlar”a görə şikayət etməyi düşünür.

 

Exit mobile version