AUT.AZ

Paraşütlə “Nou Kamp”a enəcək və…

Jerard Pike Kinqs Liqanın “dördlər finalı”nda şou planlaşdırır.

Aut.az xəbər verir ki, liqanın həlledici mərhələsi mart ayında  “Barselona”nın ev stadionunda keçiriləcək.

“Barsa”nın sabiq müdafiəçisi helikopterdən paraşütlə tullanaraq birbaşa “Nou Kamp”ın qazonuna enərək, topu mərkəz xəttinə qoyacaq.

Bu barədə Pike özü məlumat verib. O, bu ideyanın brendlərdən birindən gəldiyini də bildirib.

Pike əlavə edib ki, təklifi qəbul etməyə hazırlaşır, lakin detalları açıqlamayıb və hansı brenddən təklif aldığını deməyib”.

Exit mobile version